Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,1297 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,1297 təşkil edib
# 04 dekabr 2008 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2008-ci ilin dekabr ayının 4-də 0,0025 bənd və ya 0,25% azalaraq 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,1295 bənd və ya 12,95% artaraq 1,1297 təşkil edib.
AGBI indeksinin azalması dekabrın 3-də DQİ üzrə ilkin bazarda əqdlərin bağlanmaması səbəbindən baş verib. ANBDI indeksinin kəskin artmasının səbəbi isə ötən gün 50104419S seriyalı, 28 günlük və 25 mln. manat məbləğində not emissiyası üzrə keçirilən ödəniş nəticəsində bu buraxılışın dövriyyədən çıxarılması, həmin tarixdə 50104819S seriyalı 40 mln. manat həcmində istiqrazların yerləşdirilməsi və beləliklə yeni buraxılışın dövriyyəyə daxil olması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR