Cari ildə daxili valyuta bazarında ən yüksək aylıq göstərici iyulda qeydə alınıb:

Eyni zamanda, son illər daxili valyuta bazarının həcminin kəskin artması müşahidə olunur:

Daxili valyuta bazarında dollar üzrə əqdlərin həcmi yanvar-oktyabr aylarında 21 971 316,3 min dollar, avro üzrə əməliyyatların həcmi 5 356 367,8 min avro, ingilis funt sterlinqi üzrə əməliyyatların həcmi 32 655,7 min funt, Rusiya rublu üzrə isə 28 317 002,6 min rubl təşkil edib. Bu göstəricilər dolların Azərbaycan iqtisadiyyatı və hesablaşmalarda əsas rol oynadığını göstərir. Eyni zamanda, avro ilə əməliyyatların kəskin artması qeyd olunmalıdır. Belə ki, cari ilin yanvar-oktyabr aylarında avro ilə aparılan əməliyyatların həcmi 2007-ci ilin analoji ümumi göstəricisindən 2,45 dəfə çoxdur. Müqayisə üçün bildirək ki, dollar üzrə artım 55,3% təşkil edib. Yəni, avro üzrə əməliyyatların həcmi daha yüksək templə artır və bu, avronun Azərbaycanda rolunun artacağını əks etdirir.