Bank Of Baku

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin noyabr renkinqinə «Standard Capital» şirkəti başçılıq edir

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin noyabr renkinqinə «Standard Capital» şirkəti başçılıq edir
# 04 dekabr 2008 07:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə «Standard Capital» şirkəti başçılıq edir.
Bakı Fond Birjasının (BFB) analitika şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, şirkət 6 müştəriyə ümumi dəyəri 72 712 540,42 manat olan broker xidmətləri göstərib. İkinci yeri 4 müştəriyə ümumilikdə 61 441 993,44 manat həcmində broker xidmətləri göstərmiş «UniCapital» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 18% azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə, üçüncü yerdə 24 953 728,46 manat göstəricisi ilə «Respublika İnvest» şirkəti qərarlaşıb.
Qeyd edək ki, noyabr ayında brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə azalıb. Belə ki, oktyabr ayında göstərilmiş broker xidmətlərinin maksimal məbləği 94 177 096,6 manat təşkil edib. Bundan başqa, bu ilin noyabr ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı dəyişməz qalıb.

Mövqe

(oktyabr, 2008)

Mövqe

(noyabr, 2008)

Brokerlər

Müştərilərin sayı (oktyabr, 2008)

Müştərilərin sayı

(noyabr, 2008)

Əməliyyatların həcmi

(AZN)

1

1

Standard Capital

6

6

72 712 540,42

2

2

UniCapital

6

4

61 441 993,44

6

3

Respublika Invest

5

4

24 953 728,46

7

4

BoB Broker

1

3

19 234 530,92

3

5

YapıKredi Invest

1

1

13 294 477,14

8

6

Brokdil-Az

1

1

11 267 671,96

4

7

Texnika Capital Managment

4

4

4 340 744,34

9

8

Capital Partners

1

1

2 998 343,88

5

9

Azerintertrade

3

1

2 509 822,16

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR