Bank Of Baku

Azərbaycandakı banklar gələn il xarici borclarının 60%-ni ödəyəcək

Azərbaycandakı banklar gələn il xarici borclarının 60%-ni ödəyəcək
# 04 dekabr 2008 07:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları 2009-cu il ərzində məcmu xarici borc öhdəliklərinin 60%-ni ödəyəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankının (AMB) baş direktoru Xəqani Abdullayev bildirib.
X.Abdullayevin sözlərinə görə, cari ilin yanvar-oktyabr aylarında bank təşkilatları tərəfindən 900 mln. manat həcmində xarici öhdəlik icra olunub və bunun 210 mln. manatı sentyabr-oktyabr aylarının payına düşür. «Bütün bu proseslər, yəni banklar tərəfindən xarici öhdəliklərin yerinə yetirilməsi daxildə banklar üçün kreditlərin maliyyələşməsindən irəli gəlir. Hazırda Azərbaycanda fəaliyyət göstərən banklar kreditlərin verilməsində daha konservativ olub. Banklar kredit ayıran zaman müştərinin fərdi qaydada qiymətləndirməsini aparır, həmçinin risk menecmenti siyasəti də yüksək səviyyədə həyata keçirilir», - deyə X.Abdullayev bildirib.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2008-ci ilin noyabr ayının 1-nə 2 155,2 mln. manat təşkil edib. Son bir il ərzində bankların xarici öhdəliklərinin həcmi 3,2 dəfə, cari ilin əvvəlindən 2,2 dəfə, oktyabr ayında isə 7,7% artıb.
Qeyd edək ki, xarici öhdəliklərin cari ildə orta aylıq artımı 118,3 mln. manat təşkil etdiyi halda, oktyabrda 154,2 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR