Bank Of Baku

«Royal Bank of Baku» Azərbaycanda «cash-in» bankomatlarının kütləvi quraşdırılmasına başlayıb

«Royal Bank of Baku» Azərbaycanda «cash-in» bankomatlarının kütləvi quraşdırılmasına başlayıb
# 04 dekabr 2008 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) Azərbaycan ərazisində nağd pul qəbul etmək imkanına malik olan «cash-in» bankomatlarının kütləvi quraşdırılmasına başlayıb.
Bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, növbəti il ərzində bank tərəfindən 20 «cash-in» bankomatının quraşdırılması planlaşdırılır və bunun artıq 11-i Azərbaycana gətirilib. Hazırda bu bankomatlar test rejimində fəaliyyət göstərir. Bu ATM-lərin quraşdırılması nəticəsində bankın respublika üzrə bankomatlarının ümumi 46-ya çatacaq.
F.Həsənovun sözlərinə görə, 2009-cu il ərzində həmçinin 71 POS-terminal quraşdırılacaq və bunların ümumi sayı 150-yə çatdırılacaq. Qeyd edək ki, hazırda bankın respublika üzrə 26 bankomatı və 79 POS-termialı fəaliyyət göstərir.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 100,473 mln. manat, kredit portfeli 77,160 mln. manat, depozit portfeli 34,387 mln. manat, məcmu kapitalı 19,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib. Bankın respublika üzrə 29 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR