Bank Of Baku

«United Credit Bank» bankomatları vasitəsi ilə telefon və kommunal haqlar üzrə ödənişlərin qəbuluna başlayıb

«United Credit Bank» bankomatları vasitəsi ilə telefon və kommunal haqlar üzrə ödənişlərin qəbuluna başlayıb
# 04 dekabr 2008 09:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) müştəriləri bankın ATM-ləri (bankomat) vasitəsi ilə kommunal və telefon rabitə xidmətlərinə görə ödənişləri həyata keçirə bilər.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yerinə yetirilən hər əməliyyat üçün bankomat tərəfindən ödənişi təsdiqləyən çek verilir və ödənişləri həyata keçirərkən müştəridən komissiya haqqı tutulmur.
«Xidmətin istifadəyə verildiyi birinci ay ərzində bankomatların bu yeni imkanından istifadə edənlərin sayı artmaqdadır. Onların arasında telefon xidmətlərinə görə ödəniş həyata keçirənlər xüsusi yer tutur. Yeni xidmət mobil telefon abunəçilərinə həmçinin bankomatlar vasitəsilə balanslarını artırmaq imkanı da verir», - deyə bankdan bildirilib.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 32,7 mln. manat, kredit portfeli 22,7 mln. manat, depozit portfeli 8 mln. manat, məcmu kapitalı 13,3 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bakın respublika üzrə 5 filialı, 4 bankomatı və 4 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR