Bank Of Baku

«Royal Bank of Baku» ilin sonunadək iki yeni «Visa» plastik kartı buraxacaq

«Royal Bank of Baku» ilin sonunadək iki yeni «Visa» plastik kartı buraxacaq
# 04 dekabr 2008 10:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin sonunadək Azərbaycanın plastik kartlar bazarına «Visa İnternational» beynəlxalq ödəniş sisteminin iki yeni kart məhsulunu - «Travel» və «Gift» kartlarını çıxaracaq.
Bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, ilin sonunadək 10 min «Travel» və 5 min «Gift» kartı emissiya olunacaq. Kartlar bir dəfə istifadə üçün nəzərdə tutulub. Belə ki, kartın hesabında olan pul vəsaiti tam istifadə olunduqdan sonra kart yararsız hesab olunur. Qeyd edək ki, kartların emissiyası «Azerisard» Prosessinq Mərkəzi vasitəsilə həyata keçiriləcək.
F.Həsənovun sözlərinə görə, cari ilin sonuna kimi bankın aktiv plastik kartlarının sayı ilin əvvəli ilə müqayisədə 17,5 dəfə artaraq 21 minə çatdırılacaq.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 100,473 mln. manat, kredit portfeli 77,160 mln. manat, depozit portfeli 34,387 mln. manat, məcmu kapitalı 19,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib. Bankın respublika üzrə 29 filialı, 26 bankomatı və 79 POS-termialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR