Bank Of Baku

Azərbaycanda nağd dollarla aparılan əməliyyatların həcmi 40% artıb

Azərbaycanda nağd dollarla aparılan əməliyyatların həcmi 40% artıb
# 04 dekabr 2008 11:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dolları ilə aparılan nağd əməliyyatların həcmi 2008-ci ilin yanvar-oktyabr ayları ərzində 5 045 563,3 min dollar təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata görə, nağd dolların ticarəti ötən ilin müvafiq dövrünün analoji göstəricisindən 40%, 2007-ci ilin eyni ümumi göstəricisindən 11,8% çoxdur.
Nağd dollar üzrə əməliyyatların strukturunda 1 261 297,6 min alış, 3 784 265,7 min isə satış əməliyyatlarının payına düşüb. Yəni, satışın həcmi alışı 3 dəfə üstələyir:




Göründüyü kimi, banklar tərəfindən nağd dolların satış və alış əməliyyatlarının artım templəri eyni səviyyədə deyil. Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində satış əməliyyatlarının həcmi ötən ilin ümumi göstəricisini üstələdiyi halda, alış əməliyyatlarının həcmi ötən ilin göstəricisinin 92%-ni təşkil edir. Bu göstəricilər Azərbaycanda əhalinin nağd dollara olan tələbatının təklifi üstələdiyini östərir.
Tələbvtın təklifdən üstün olması öz növbəsində bir sıra səbəblərlə bağlıdır. İlk növbədə ölkənin idxalının böyük bir hissəsi fərdi şəkildə və nağd hesablaşmalar əsasında həyata keçirilir. Nəticədə, fərdi idxalçılar ölkə daxilində nağd dolları alaraq, onu ölkə xaricində idxal məqsədləri ilə istifadə edir. Bundan başqa, nağd dolların alışı ticarətlə bağlı olmayan, o cümlədən, işgüzar və turizm məqsədləri ilə xarici səyahətlərə aparılır. Üçüncü məqsəd, yığımdır. Dolların son illər ərzində manata qarşı tədricən ucuzlaşmasına baxmayaraq, məhz ABŞ valyutası yığım valyutası kimi istifadə olunur və nəticədə əhalinin bir hissəsi qazandığı manat vəsaitlərini nağd dollara konvertasiya edərək sərəncamında saxlayır.
Ümumilikdə, nağd dollarla aparılan əməliyyatların digər məqsədləri də mövcuddur, lakin əsas məqam ondan ibarətdir ki, nağd valyuta bazarının daim artması, xüsusən də bankların satış həcminin artması əhalinin maliyyə imkanlarının genişlənməsini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR