Bank Of Baku

Azərbaycan Milli Bankı: Uçot dərəcəsinin azaldılması daha çox psixoloji xarakter daşıyır

Azərbaycan Milli Bankı: Uçot dərəcəsinin azaldılması daha çox psixoloji xarakter daşıyır
# 04 dekabr 2008 12:14 (UTC +04:00)
X.Abdullayev hesab edir ki, uçot dərəcəsinin endirilməsi hazırda və ya gələcəkdə Azərbaycanın maliyyə böhranı ilə üzləşəcəyi gözləntiləri ilə bağlı deyil və yalnız daha ucuz maliyyələşdirmə şəraitinin yaradılması barədə bank sisteminə verilən siqnalıdır.
Xatırladaq ki, cari ilin dekabr ayının 1-dən Azərbaycanda uçot dərəcəsi 10%-dən 8%-ə, faiz dəhlizinin yuxarı həddi 15%-dən 13%-dək, bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 9%-dən 6%-ə endirilib.
Qeyd edək ki, dünya maliyyə böhranına cavab olaraq, əksər ölkələrin mərkəzi bankları iqtisadiyyatı xilasetmə tədbirləri kimi uçot dərəcələrini aşağı salıb və bu proses davam etməkdədir. Məhz bu səbəbdən AMB-nin son 1,5 ay ərzində uçot dərəcəsini 15%-dən 8%-ə qədər endirməsi böhranın ölkə iqtisadiyyatı və maliyyə sisteminə mənfi təsirinin yaxınlaşması barədə fikirlər doğurur. X.Abdullayev bu cür yanaşmanı təkzib edərək vurğulayıb ki, bu addımlar yalnız bankları, maliyyə sisteminin digər iştirakçılarını sakitləşdirmək məqsədi ilə atılır. Dünya maliyyə böhranının hazırda Azərbaycanın bank sisteminə əsas mənfi təsiri xaricdən fondlaşmanın dayandırılması və xarici öhdəliklərin bir hissəsinin vaxtından əvvəl ödənilməsi məcburiyyəti ilə bağlıdır.
X.Abdullayevin sözlərinə görə, bu baxımdan uçot dərəcəsinin endirilməsi banklarda likvidlik problemləri yarana biləcək təqdirdə Milli Bankdan aşağı faizlə kredit almaq imkanlarının olduğunu göstərir. Baş direktor qeyd edib ki, bu günə kimi analoji problemlə bağlı mərkəzi banka yalnız bir bank («UniBank») müraciət edərək 50 mln. manat həcmində kredit alıb, digər banklardan isə müraciətlər hələ daxil olmayıb. X.Abdullayev əlavə edib ki, son vaxtlar pul-kredit siyasətinin yumşaldılması, yəni uçot dərəcəsinin və məcburi ehtiyat normalarının endirilməsi nəticəsində bank sistemi üçün təxminən 350 mln. manat həcmində sərbəst likvidlik yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR