Bank Of Baku

Azərbaycanda gələn il dövlət iqtisadiyyata kreditlər ayıracaq

Azərbaycanda gələn il dövlət iqtisadiyyata kreditlər ayıracaq
# 04 dekabr 2008 13:14 (UTC +04:00)
Bu zərurət dünya maliyyə və iqtisadi böhranı nəticəsində ölkəyə xarici kredit və investisiyaların axınının azalması ilə bağlıdır. Bu barədə «APA-Economics»ə AMB-nin baş direktoru Xəqani Abdullayev məlumat verib.
Belə ki, hazırda başlanan və gələcəkdə gözlənilən xarici kredit və investisiyaların azalması fonunda Azərbaycan iqtisadiyyatında pul vəsaitlərinin çatışmazlığı yaranacaq, çünki vəsaitlərə daxili tələbat eyni səviyyədə qalacaq. X.Abdullayevin sözlərinə görə, hətta iqtisadi artımı, o cümlədən qeyri-neft sektorunda artımı təmin etmək məqsədi ilə ölkə iqtisadiyyatında pul vəsaitlərini artırmaq vacibdir.
X.Abdullayev qeyd edib ki, hazırda məqsədli proqramların iqtisadiyyatda əhatə edəcəyi sahələr müəyyənləşdirilir və eyni zamanda mümkün kreditləşmə mexanizmi müzakirə olunur. Sahələrə gəldikdə isə, bura iqtisadiyyatın qeyri-neft real sektoru (istehsal, emal, tikinti və s. sahələr) aiddir və seçim zamanı həmin sahələrin milli iqtisadiyyat üçün əhəmiyyəti əsas götürüləcək.
X.Abdullayevin sözlərinə görə, kreditləşmə birmənalı olaraq bank sistemi vasitəsi ilə həyata keçiriləcək, lakin vəsaitlərin mənbəyi dövlət büdcəsi və ya birbaşa valyuta ehtiyatlarının seçiləcəyi hələ müəyyənləşməyib. Ayrılacaq vəsaitləri isə kommersiya bankları müəyyənləşdirilən prioritet sahələrdə layihələrin kreditləşməsinə yönəldilməlidir. Baş direktor həmçinin ölkədə pul kütləsinin artması məsələsinə toxunaraq qeyd edib ki, Milli Bank pul kütləsinin illik artımını iqtisadiyyatda olan tələbata uyğun olaraq, təxminən 30% səviyyəsində təmin etmək niyyətindədir.
Həmçinin X.Abdullayev vurğulayıb ki, hazırda dünya iqtisadi böhranına cavab olaraq aparıcı ölkələr dövlətin iqtisadiyyatın maliyyələşməsində rolunun artırılması qərarına gəlib, halbuki böhrandan əvvəl həmin ölkələr dövlətin yalnız tənzimləyici funksiyalar daşımasını düşünüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR