Bank Of Baku

Tacikistan nümayəndə heyəti Azərbaycanda vergi sistemi ilə tanış olub

Tacikistan nümayəndə heyəti Azərbaycanda vergi sistemi ilə tanış olub
# 04 dekabr 2008 14:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Tacikistan hökuməti və Tacikistan Sahibkarlar Assosiasiyasının nümayəndə heyətinin Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı sahəsində aparılan islahatlarla tanışlıq, bu sahədə təcrübəni öyrənmək məqsədi ilə Bakıya təşkil olunmuş səfəri bu gün başa çatıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İttifaqı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin tövsiyəsi və texniki dəstəyi əsasında reallaşıb.
Nümayəndə heyətinin üzvləri kommersiya hüquqi şəxslərinin «bir pəncərə» prinsipi üzrə dövlət qeydiyyatı prosesi ilə tanış olmaq üçün Bakı şəhər Vergilər Departamentinin kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində olub. Tacikistan nümayəndə heyəti İdarənin fəaliyyəti, kommersiya hüquqi şəxslərin «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınması üçün yaradılan şəraiti, eləcə də kommersiya hüquqi şəxslərin qeydiyyat prosesini müşahidə ediblər. Sonra Tacikistan nümayəndə heyəti üçün sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi ilə qeydiyyatının aparılmasına dair Azərbaycanın təcrübəsini əks etdirən təqdimat keçirilib.
Səfər zamanı Tacikistan nümayəndə heyəti həmçinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) ilə tanış olub. Qonaqlara informasiya texnologiyalarının vergi sistemində tətbiq olunan son nailiyyətləri nümayiş etdirilib, AVİS və bu sistemin həyata keçirilmə prinsipləri ilə bağlı məlumat verilib. Eyni zamanda, nümayəndə heyəti Azərbaycanda tətbiq olunan ƏDV depozit hesabları barədə məlumatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR