Bank Of Baku

«Azərlotereya»nın rəhbəri vəzifəsindən azad edilib

«Azərlotereya»nın rəhbəri vəzifəsindən azad edilib
# 04 dekabr 2008 15:21 (UTC +04:00)
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə Maqsud Tağıyev təyin olunub.
Qeyd edək ki, bu təyinatdan öncə M.Tağıyev Bakı şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, «Azərlotereya» ASC 2001-ci ilin noyabr ayının 23-də dövlət başçısının fərmanı əsasında Azərbaycanda lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. «Azərlotereya» ASC-nin təsisçisi rolunda İqtisadi İnkişaf Nazirliyi çıxış edir.
Azərbaycanda bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini «Azərlotereya» ASC həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR