Bank Of Baku

Azərbaycan bank sistemində tələb olunanadək depozitlər azalır, müddətli depozitlər isə artır

Azərbaycan bank sistemində tələb olunanadək depozitlər azalır, müddətli depozitlər isə artır
# 05 dekabr 2008 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların depozitlərinin məcmu həcmi 2008-ci ilin noyabr ayının 1-nə 3 970,3 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici son bir il ərzində 31,9%, cari ilin əvvəlindən 24,7% artıb. Eyni zamanda, oktyabr ayında depozitlərin həcmi 47,2 mln. manat və ya 1,18% azalıb. Qeyd edək ki, sentyabr ayında depozitlərin azalması 1,7% təşkil edib.
Göstərilən həcmdə manat depozitlərinin payına 1 807,4 mln. manat düşüb ki, bu da ümumi həcmin 45,5%-nə bərabərdir. Yəni, xarici valyutada olan depozitlərin həcmi 2 162,9 mln. manat və ya 54,5% təşkil edib. Qeyd edək ki, ötən ilin noyabrın 1-də manat və valyuta depozitlərin xüsusi çəkisi müvafiq olaraq 46,2% və 53,8%, cari ilin əvvəlində isə 53% və 47% olub.
Banklarda yerləşdirilən depozitlərin 1 111,3 mln. manatı və ya ümumi həcminin 28%-i tələb olunanadək, 72%-i müddətli depozitlərin payına düşür. Oktyabr ayında tələb olunanadək depozitlərin azalması 119,4 mln. manat təşkil etdiyi halda, müddətli depozitlərin həcmi 72,2 mln. manat artıb. Belə ki, bank sisteminə etibarlılığın səviyyəsini əks etdirən müddətli depozitlərin dinamikası ümumi dinamikaya baxmayaraq, müsbətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR