Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,0002 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,0002 təşkil edib
# 05 dekabr 2008 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2008-ci ilin dekabr ayının 5-nə dəyişməz qalıb və 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,1295 bənd və ya 11,46% azalaraq 1,0002 təşkil edib.
AGBI indeksinin dəyişməməsi və ANBDI indeksinin enməsi dekabrın 4-də dövlət qiymətli kağızlar üzrə ilkin bazarda əməliyyatların aparılmaması ilə bağlıdır. Qeyd edək ki, dekabrın 9-da DQİ-lərin iki buraxılışı, dekabrın 10-da isə notların bir buraxılışı üzrə emitent tərəfindən ödənişin aparılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR