Bank Of Baku

«Turanbank» İslam İnkişaf Korporasiyasından cəlb etdiyi kreditin istifadəsini dekabrda başa çatdıracaq

«Turanbank» İslam İnkişaf Korporasiyasından cəlb etdiyi kreditin istifadəsini dekabrda başa çatdıracaq
# 05 dekabr 2008 06:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin dekabr ayının 15-də İslam İnkişaf Korporasiyasından (İİK) 1 mln. ABŞ dolları həcmində cəlb etdiyi kreditin ikinci tranşını alacaq.
Bankın strateji planlama və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Tanrıverdiyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq ikinci tranşla bağlı layihə hazırlanıb və Korporasiyaya təqdim olunub. «Bu tranşın məbləği 670 min dollar təşkil edəcək və bununla da ilin sonunadək bankın İİK-dən cəlb etdiyi vəsaitlərin istifadəsi başa çatdırılacaq. Bankın strateji planına əsasən, növbəti illərdə «Turanbank» İİK-dən kredit vəsaitlərinin cəlb edilməsini artırmaq niyyətindədir».
Qeyd edək ki, kredit xəttinin birinci tranşı Azərbaycan bankına 2008-ci ilin iyul ayının 28-də ayrılıb və onun məbləği 330 min dollar olub. Həmin vəsaitlər şəriət qaydalarına uyğun olaraq, səhiyyə, istehsalat və kənd təsərrüfatı sahələrinə ayrılıb. Xatırladaq ki, kredit beynəlxalq qurum tərəfindən ilk 1 ili güzəştli olmaq şərtilə 6 il müddətinə ayrılıb.
Təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 86,1 mln. manat, kredit portfeli 64,7 mln. manat, depozit portfeli 42,3 mln. manat, məcmu kapitalı 17,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın respublika üzrə 11 filialı, 21 mübadilə məntəqəsi, 9 bankomatı və 54 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR