Bank Of Baku

«Era Trans» bu il sığorta haqlarının həcmini 2007-ci ilin yekunları səviyyəsində saxlayacaq

«Era Trans» bu il sığorta haqlarının həcmini 2007-ci ilin yekunları səviyyəsində saxlayacaq
# 05 dekabr 2008 06:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Era Trans» sığorta şirkətinin 2008-ci il ərzində topladığı sığorta haqlarının həcminin 2 mln. manat həcmində olacağı proqnozlaşdırılır.
Şirkətin baş direktoru Elşən Babayevin «APA-Economics»ə verilən məlumata görə, daxilolmalar üzrə bu ilki proqnoz 2007-ci ilin faktiki nəticələrinə bərabərdir.
Şirkətin Maliyyə Departamentinin direktoru Qüdrət Abdullayevin sözlərinə görə, cari ilin sonunadək «Era Trans»ın balans mənfəəti ilə bağlı konkret rəqəm söyləmək çətindir.
Qeyd edək ki, təsisçisi 2 fiziki şəxs olan «Era Trans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar-oktyabr şirkətin sığorta daxilolmalarının həcmi 1,65 mln. manat, ödənişləri isə 0,8 mln. manat, noyabrın 1-nə nizamnamə kapitalı isə 1,1 mln. manat təşkil edib. Hazırda şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin Sumqayıt şəhərində filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR