Bank Of Baku

Azərbaycanda bank kreditlərinin strukturunda istehlak kreditlər hələ də üstünlük təşkil edir

Azərbaycanda bank kreditlərinin strukturunda istehlak kreditlər hələ də üstünlük təşkil edir
# 05 dekabr 2008 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların kreditlərinin məcmu həcmi 2008-ci ilin noyabr ayının 1-nə 6 697,5 mln. manat təşkil edib. Son bir ildə bu göstərici 65,4%, cari ilin əvvəlindən isə 43,1% artıb. Oktyabr ayında kredit portfelinin həcminin artımı 92,8 mln. manat və ya 1,4% təşkil edib. Müqayisə üçün bildirək ki, cari ildə kredit portfelinin orta aylıq artımı 201,6 mln. manata bərabər olub.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, son bir ildə fiziki şəxslərə verilən kreditlərin həcmi 58,1% artaraq 2 364,8 mln. manata çatdığı halda, oktyabrda istehlak kreditləri üzrə 68,5 mln. manat və ya 2,8% azalma müşahidə olunub.
Qeyd edək ki, cəmi kredit qoyuluşlarında fiziki şəxslərə verilən kreditlərin xüsusi çəkisi 35,3% təşkil edib:



Azərbaycanda kredit portfelinin artım dinamikası çox yüksəkdir:



Bankların kredit portfelinin strukturu üzrə aparılan müşahidə göstərir ki, real sektoru ilə birbaşa bağlı olmayan sahələrə verilən kreditlərin həcminin yüksək olması hələ də Azərbaycan bank sistemini səciyyələndirən xüsusiyyət kimi qalmaqdadır. Yəni, banklar qısamüddətli və yüksək rentabelliyə malik olan iqtisadi sahələrin kreditləşməsinə üstünlük verir: istehlak kreditləri üzrə son iki ildə ölkədə «bum» yaşanır. Bu vəziyyət obyektiv amillərlə bağlıdır, çünki banklar öz kredit strategiyalarında daha gəlirli və daha risksiz kreditlərə üstünlük verir. Likvidliyin idarə olunmasının vacibliyi, o cümlədən aktivlərin öhdəlikləri ilə məbləğ və müddət baxımdan uyğunlaşdırılması zəruriliyi nəzərə alınmaqla, bankların kredit portfelindəki bu natarazlıq izah olunandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR