Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı «Bank Respublika»ya ipoteka kreditləşməsi üçün kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı «Bank Respublika»ya ipoteka kreditləşməsi üçün kredit ayırıb
# 05 dekabr 2008 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankına (SKB) fərdi müştərilərə ipoteka kreditlərinin verilməsi məqsədilə 10 mln. ABŞ dolları məbləğində kredit ayırıb.
AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, AYİB «Bank Respublika» üçün müəyyən edilmiş ticarətin maliyyələşdirilməsi limitinin həcmini 3,5 mln. dollardan 6 mln. dollara qədər artıracaq.
«Azərbaycanda ipoteka kreditləri bazarı inkişafın erkən mərhələsindədir və xüsusilə də uzunmüddətli maliyyə vəsaitlərinin əldə edilməsi mürəkkəb prosesdir. Eyni zamanda, yaşayış binalarının tikintisi davamlı olaraq inkişaf edir və xüsusiən də Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə ev tikintisinə tələbat durmadan artır. Bunun nəticəsi olaraq, ipoteka kreditləri üçün tələbat bankların maliyyə vəsaiti təmin etmək imkanını üstələyir», - deyə AYİB-dən bildirilib.
AYİB tərəfindən «Bank Respublika» üçün ayrılan kredit dinamik və müvafiq qaydada təsis edilmiş maliyyə təşkilatını daha uzunmüddətli əsasda dəstəkləməklə bu qeyri-tarazlığın aradan qaldırılmasına yardım edəcək. Qeyd edilmiş əməliyyat vasitəsilə AYİB ilə əməkdaşlıq həmçinin «Bank Respublika»nın daxilində təkmilləşdirilmiş prosedurların təyin edilməsi ilə nəticələnəcək. Bank tərəfindən təmin olunan Texniki Əməkdaşlıq məşvərətçi xidmətləri və müvafiq yardımlar üçün istifadə olunacaq.
Qeyd edək ki, AYİB Azərbaycanda 9 yerli kommersiya bankı ilə əməkdaşlıq edir və bu günə kimi öz tərəfdaşlarına təxminən 180 mln. dollar həcmində maliyyə vəsaiti ayırıb.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelindən bankın kapitalında «25%+1 səhm» iştirak paketinə sahibdir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 405,1 mln. manat, kredit portfeli 279,3 mln. manata, depozit portfeli 147,4 mln. manat, məcmu kapitalı 43,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR