Bank Of Baku

Azərbaycanda səhmlər üzrə bağlanan alqı-satqı müqavilələrinin sayı noyabrda 50% artıb

Azərbaycanda səhmlər üzrə bağlanan alqı-satqı müqavilələrinin sayı noyabrda 50% artıb
# 05 dekabr 2008 08:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayı ərzində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 6 müqavilə bağlanıb ki, bu da əvvəlki ayla müqayisədə 1,5 dəfə çoxdur.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, noyabr ayı ərzində 17 743 154 manat nominal dəyərində olan 64 498 390 səhm üzrə 325 alqı-satqı müqaviləsi və 140 min manat nominal dəyərində olan 104 istiqraz üzrə 4 alqı-satqı müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, cari ilin yanvar-noyabr ayları ərzində MDM tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair ümumilikdə 105 müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR