Bank Of Baku

«AzSığorta» Azərbaycanda ilk dəfə müştərilərinə avtomobil təqdim etməyə başlayıb

«AzSığorta» Azərbaycanda ilk dəfə müştərilərinə avtomobil təqdim etməyə başlayıb
# 05 dekabr 2008 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti ölkədə ilk dəfə olaraq avtomobil sığortalayanlar üçün yeni xidmət göstərməyə başlayıb.
Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, sığorta hadisəsi baş verən zaman «AzSığorta» müştərilərini alternativ avtomobillə təmin edir. Şirkətlə sığorta müqaviləsi bağlayan müştəri (nəzərdə tutulan müddət çərçivəsində) sığorta hadisəsi baş verən zaman il ərzində 30 gün bu xidmətdən istifadə edə bilər. Müştərilər üçün nəzərdə tutulan avtomobillər sırasına universal, sedan, heç-bek və digər avtomobil növləri daxildir. Bunun üçün müştəri sığorta müqaviləsi bağlayan zaman bir il üçün əlavə 80 manat ödəməlidir.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Bu ilin yanvar-sentyabr aylarında şirkətin sığorta haqlarının həcmi 7,2 mln. manat, ödənişləri isə 1,35 mln. manat təşkil edib. «AzSığorta»nın Azərbaycan bazarında payı sığorta haqları üzrə 4,8%, ödənişlər üzrə isə 3,3% olub.
Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Respublika üzrə 7 filialı olan şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR