Bank Of Baku

«UniBank» kommunal ödənişlərin qəbuluna başlayıb

«UniBank» kommunal ödənişlərin qəbuluna başlayıb
# 05 dekabr 2008 09:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) əhalidən kommunal ödənişlərin qəbuluna başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın paytaxtdakı altı filialında elektrik enerjisi, qaz və su üçün ödənişləri qəbul edilir. Ən yaxın zamanda daha üç paytaxt filialında da ödənişlərin qəbuluna başlanılacaq. Bank növbəti ilin yanvarından isə bütün filiallarda, o cümlədən regionlarda, tam həcmdə kommunal ödənişlər qəbul edəcək. Bank tərəfindən kommunal ödənişlərin yerinə yetirilməsi üçün heç bir haqq tutmur.
Xatırladaq ki, «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR