Bank Of Baku

Azərbaycanda bu il avro ilə nağd əməliyyatların həcmi iki dəfə artıb

Azərbaycanda bu il avro ilə nağd əməliyyatların həcmi iki dəfə artıb
# 05 dekabr 2008 09:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda avro üzrə aparılan nağd valyuta mübadilə əməliyyatların həcmi 2008-ci ilin yanvar-oktyabr ayları ərzində 691 794,1 min avro təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,04 dəfə artıb. Eyni zamanda, cari ilin 10 ayı ərzində avro üzrə aparılan nağd əməliyyatların həcmi 2007-ci ilin ümumi göstəricisindən 26,3% çoxdur.
Avro üzrə nağd valyuta mübadilə əməliyyatlarının 604 016,7 mini satış (illik artım – 95%), 51 777,4 min isə alışın (illik artım – 4,6 dəfə) payına düşüb. Beləliklə, avro üzrə satış əməliyyatları alışın həcmini 11,7 dəfə üstələyib.




Göründüyü kimi, cari ildə alışın həcminin artmasına, o cümlədən nağd avro üzrə əməliyyatlarda xüsusi çəkisinin artmasına baxmayaraq, satış və alış həcmləri arasında balans yoxdur. Belə ki, əhali tərəfindən banklardan daha çox alınır, nəinki satılır. Nağd avronun əhali tərəfindən bu səviyyədə alınması əsasən qeyri-mütəşəkkil xarici ticarətlə bağlıdır. Belə ki, Azərbaycana fərdi şəkildə gətirilən mallarının böyük hissəsi (o cümlədən, ərzaq məhsulları, avtomobillər, geyim, kosmetika, digər qeyri-ərzaq məhsulları) avrozonadan idxal olunur. Fərdi idxal olduğundan, hesablaşmalar məhz nağd valyutada aparılır ki, nəticədə fərdi idxalçılar Azərbaycanda nağd avronu alaraq öz sahibkar fəaliyyəti ilə bağlı bu vəsaitləri ölkədən xaricə, əsasən Avropaya çıxarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR