Bank Of Baku

«Merrill Lynch»: Gələn il neftin qiyməti 25 dollara düşə bilər

«Merrill Lynch»: Gələn il neftin qiyməti 25 dollara düşə bilər
# 05 dekabr 2008 09:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın aparıcı investisiya konsaltinq və idarəetmə şirkətlərdən olan «Merrill Lynch»in hesablamalarına əsasən, 2009-cu ildə neftin 1 barelin qiyməti 25 ABŞ dolları səviyyəsinə kimi enə bilər. «APA-Economics»in məlumatına görə, bu, dünya iqtisadi böhranı nəticəsində baş verən iqtisadi geriləmənin ABŞ, Avropa və Yaponiyadan sonra Çinə də genişlənəcəyi təqdirdə mümkün olacaq, çünki məhz Çin son illər əsas xammal istehlakçısına çevrilib.
«Merrill Lynch»in proqnozlarına əsasən, bu kimi fövqəladə hallar baş verməsə, neftin qiyməti gələn il 50 dollar səviyyəsində sabitləşəcək. «Merrill Lynch» 2009-cu ildə dünya bazarlarının artımının cari ilin göstəricisinə nisbətən 1,9 faiz bəndi azalaraq 1,3% təşkil edəcəyini proqnozlaşdırır.
Şirkətin analitikləri qeyd edirlər ki, böhranın inkişafda olan ölkələrə təsiri inkişaf etmiş ölkələrdən daha zəif olacaq. Ümumilikdə, xarici borcalmadan böyük asılılığı olan ölkələr böhrandan daha ciddi zərər çəkəcək.
Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın xarici kreditor mövqeyi təxminən 10 mlrd. dollar, ölkənin sərəncamında olan strateji valyuta ehtiyatlarının həcmi 18 mlrd. dollar, ümumi xarici borcun həcmi isə 8 mlrd. dollar təşkil edir. Eyni zamanda, Azərbaycanın neft ixracatçısı olması və dövlət büdcəsinin əsasən neft gəlirlərindən formalaşması səbəbindən, ölkə iqtisadiyyatının neftin qiymətindən asılılığı yüksəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR