Bank Of Baku

Xəqani Abdullayev: «Azərbaycanda hətta bütün əmanətlər birdən geri götürülərsə, bankların buna imkanı çatacaq»

Xəqani Abdullayev: «Azərbaycanda hətta bütün əmanətlər birdən geri götürülərsə, bankların buna imkanı çatacaq»
# 05 dekabr 2008 09:44 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə məlumat verən Azərbaycan Milli Bankının (AMB) baş direktoru Xəqani Abdullayev vurğulayıb ki, banklarda yerləşdirilmiş əmanətlərin həcmi 1,8 mlrd. manata bərabərdir.
X.Abdullayev qeyd edib ki, bu göstəricilər bankların əhali qarşısında öhdəliklərinin icrasında heç bir probleminin olmadığını əks etdirir. Belə ki, bütün əmanətlər eyni vaxtda geri çağırıldığı halda da, bankların bu öhdəlikləri cari likvid aktivlərin hesabına yerinə yetirilməsi üçün imkanları var.
Qeyd edək ki, son vaxtlar dünya maliyyə böhranı ilə əlaqədar Azərbaycanda da əmanətçilər arasında müəyyən narahatlıq yaranıb. X.Abdullayev yuxarıda göstərilən rəqəmləri əsas gətirərək belə narahatlığa əsas olmadığını vurğulayıb.
AMB-nin baş direktoru həmçinin oktyabr ayında əmanətlərin azalmasına aydınlıq gətirib. Xatırladaq ki, oktyabrda əmanətlərin həcmi 94,7 mln. manat və ya 5% azalıb. X.Abdullayevin sözlərinə görə, azalmanın səbəblərindən biri ölkədə banklar tərəfindən kreditləşmənin məhdudlaşdırılması nəticəsində əhalinin bir hissəsinin sahibkarlıq fəaliyyəti üçün öz əmanətlərindən istifadə etməsi ilə bağlı olub. Buna sübut kimi AMB rəsmisi azalmanın əsasən iri depozitlərə (25 min manatdan artıq) sahib olan əmanətçilərə aid olduğunu qeyd edib. Eyni zamanda, azalma əsasən tələb olunanadək əmanətlər üzrə müşahidə olunub.
Bununla yanaşı X.Abdullayev əmanətlərin sığortalanan həcminin artırılması məsələsinin gündəmdə olduğunu deyib və vurğulayıb ki, bu həm həcmlərə, həm də sığortaya aid edilən əmanətlər üzrə faiz dərəcələrinə aid edilə bilər.
Xatırladaq ki, hazırda əmanətlərin sığortalanması üzrə kompensasiyanın maksimal həcmi 6 min manatdır (01.01.2009-cu ilədək) və bu limitin artırılması nəzərdə tutulur. Bundan başqa, qanunvericiliyə əsasən, yalnız uçot dərəcəsinin 1,8 mislindən az olan faiz dərəcəsi ilə qəbul edilən əmanətlər sığortalanır ki, hazırda bu əmsalın da artırılması məsələsinə baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR