Bank Of Baku

«AzSığorta» şirkəti müştəriləri arasında yeni aksiya keçirir

«AzSığorta» şirkəti müştəriləri arasında yeni aksiya keçirir
# 05 dekabr 2008 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti avtomobil sığortalayan müştəriləri üçün yeni lotereya kampaniyasına start verib.
Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, kampaniya 2009-cu ilin may ayının 20-dək davam edəcək. Bu müddət ərzində öz avtomobilini «AzSığorta» şirkətində sığortalayan müştərilər 28 May - Respublika günü keçiriləcək lotereya tirajında 3 plazma televizoru, 3 soyuducu, 3 musiqi mərkəzi, 4 ədəd 250 manatlıq sığorta kuponu və 1 ədəd «Hyundai Sonata» avtomobili udmaq şansı qazanacaqlar.
Qeyd edək ki, aksiyada iştirak etmək üçün «AzSığorta» şirkətinə gələrək avtomobili sığortalanaq və lotereya kuponunu xüsusi qutuya atmaq lazımdır. Kampaniya «AzSığorta»nın bütün regional ofislərini də əhatə edir.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Bu ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 7,2 mln. manat, ödənişləri isə 1,35 mln. manat, noyabrın 1-nə nizamnamə kapitalı isə 2 mln. manat təşkil edib. Respublika üzrə 7 filialı olan şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR