Bank Of Baku

«Bank Respublika» ilin sonunadək daha üç filial açacaq

«Bank Respublika» ilin sonunadək daha üç filial açacaq
# 05 dekabr 2008 10:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin sonunadək Mingəçevir şəhəri, Şəki və Cəlilabad rayonlarında filiallarını açacaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda Azərbaycan Milli Bankına (AMB) yalnız Şəki və Mingəçevir filialları ilə bağlı müraciət olunub. Yaxın günlərdə isə Cəlilabad filialı ilə bağlı təsis sənədlərinin AMB-yə təqdim edilməsi gözlənilir.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 30 filial və şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelindən bankın kapitalında «25%+1 səhm» iştirak payına malikdir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 405,1 mln. manat, kredit portfeli 279,3 mln. manata, depozit portfeli 147,4 mln. manat, məcmu kapitalı 43,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR