Bank Of Baku

Azərbaycan bank sistemi üzrə ROA əmsalı aşağı səviyyədədir

Azərbaycan bank sistemi üzrə ROA əmsalı aşağı səviyyədədir
# 05 dekabr 2008 11:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivlərinin gəlirlik əmsalı (ROA - return of assets) 2008-ci ilin yanvar-oktyabr ayları üzrə 4,1% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici 2007-ci ilin sonunda 4,2%-ə, 2006-cı ilin yekununda isə 4%-ə bərabər olub.
ROA əmsalı bank aktivlərinin hər 1 manatının gətirdiyi mənfəətin məbləğini əks etdirir. Yəni, hazırda Azərbaycan bankları aktivlərin 1 manatına 4,1 qəpik mənfəət əldə edir. Azərbaycanda bu göstərici dünya praktikasında qəbul olunan normalardan aşağı səviyyədədir ki, bunun da bir neçə səbəbi var. İlk növbədə, bankların mənfəətini formalaşdıran göstəricilər qeyri-qənaətbəxşdir. Məsələn, Azərbaycanda bankların qeyri-faiz əməliyyatları zərərlə nəticələnir. Bundan başqa, gəlir gətirən aktivlərin əsas hissəsi kreditlərin payına düşür (dünya praktikasında qəbul olunan aktiv əməliyyatların böyük hissəsi Azərbaycan bankları tərəfindən aparılmır). Bu səbəbdən bank sisteminin gəlir strukturunu tam sağlam adlandırmaq olmaz.
Bununla yanaşı, bankların xərcləri çox böyük həddə çatır. Belə ki, noyabrın 1-nə faiz xərclərinin faiz gəlirlərə nisbəti 45% təşkil edib, qeyri-faiz əməliyyatları üzrə isə xərclər gəlirləri üstələyir. Bu nisbi göstəricilər normal hesab oluna bilməz və nəticədə Azərbaycan bank sistemi üzrə ROA əmsalı çox kiçik səviyyədədir. Həmçinin qeyd olunmalıdır ki, ROA əmsalı hesablanarkən mənfəətdən aktivlər üzrə xüsusi ayırmalar çıxılmayıb. Bu məbləğ məcmu mənfəətdən çıxılarsa, ROA əmsalı daha da azalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR