Bank Of Baku

«United Credit Bank» Sumqayıtda ilk bankomatını quraşdırıb

«United Credit Bank» Sumqayıtda ilk bankomatını quraşdırıb
# 05 dekabr 2008 13:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) Sumqayıt şəhərində ilk bankomatını istifadəyə verib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankomat bankın «Sumqayıt» filialının bu il istifadəyə verilmiş yeni binasında quraşdırılıb. Yaxın perspektivdə bank bu regionda bankomat şəbəkəsini genişləndirməyi planlaşdırır.
Sumqayıt şəhərində qurulmuş ilk bankomat bu sənaye mərkəzinin plastik kart istifadəçilərinə günün istənilən vaxtında manat və ABŞ dolları ilə nağd pul çıxarmaq imkanı verir. Bundan əlavə, bankın ATM-ləri vasitəsilə plastik kart istifadəçiləri «Aztelekom» və mobil rabitə operatorlarının xidmətlərindən istifadə üzrə borclarını ödəyə və balanslarını artıra biləcəklər.
Qeyd edək ki, Sumqayıt filialı bankın aparıcı struktur bölmələrindən hesab olunur. Cari ilin yanvar-oktyabr aylarında bu filialda qəbul edilmiş depozitlərin həcmi 289,3 min manat, müştərilərə təqdim edilmiş kreditlərin həcmi isə 911,3 min manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 32,7 mln. manat, kredit portfeli 22,7 mln. manat, depozit portfeli 8 mln. manat, məcmu kapitalı 13,3 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bakın respublika üzrə 5 filialı, 4 bankomatı və 4 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR