Bank Of Baku

Azərbaycanda toplanmış sığorta haqlarının həcminə görə yanvar-sentyabr renkinqində «Azərsığorta» şirkəti liderlik edir

Azərbaycanda toplanmış sığorta haqlarının həcminə görə yanvar-sentyabr renkinqində «Azərsığorta» şirkəti liderlik edir
# 10 dekabr 2008 07:57 (UTC +04:00)
«APA-Economics»in Maliyyə Nazirliyinin dürüstləşdirilmiş məlumatları əsasında apardığı araşdırmaya görə, toplanmış sığorta haqlarının həcminə görə yanvar-sentyabr renkinqində «Azərsığorta» Dövlət Kommersiya Sığorta Şirkəti liderlik edir. Belə ki, şirkətin bu ilin ilk 9 ayında topladığı sığorta haqlarının həcmi 16,02 mln. manat təşkil edib. Nəticədə, «Azərsığorta»nın ümumi daxilolmalarda xüsusi çəkisi 10,9%-ə bərabər olub.
İlk üçlüyə həmçinin «MBASK» (15,73 mln. manat və ya 10,74%) və «Atəşgah» sığorta şirkətləri (13,96 mln. manat və ya 9,53%) daxildir. Bu üç şirkətin sığorta daxilolmalarının ümumi həcmində payı 31,22%-ə bərabərdir.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən 28 sığorta təşkilatından 22-də sığorta haqlarının həcmi 1 mln. manatdan artıq olub. Şirkətlər sırasında ən az sığorta haqqı isə «Qala Sığorta» toplayıb. Bu şirkətin daxilolmalarının həcmi 20 min manat (xüsusi çəkisi - 0,14%) təşkil edib. Xatırladaq ki, «Qala Sığorta»ya Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin daxilolmaları üzrə tərtib etdiyi renkinq göstərilir:

Sığorta təşkilatları


Sığorta haqları

1

Azərsığorta

16,02

2

MBASK

15,73

3

Atəşgah

13,96

4

Beynəlxalq Sığorta Şirkəti

13,18

5

Azalsığorta

13,09

6

Standard İnsurance

12,49

7

Bakı Sığorta

7,52

8

Xalq Sığorta

7,33

9

AzSığorta

7,26

10

Paşa Sığorta

6,62

11

Qarant Sığorta

5,66

12

A-Group

5,15

13

AtaSığorta

2,92

14

Star Alyans

2,73

15

Başak-İnam

2,48

16

Günay Anadolu

2,19

17

Kavkaz Sığorta

2,08

18

Azərbaycan Sənaye Sığorta

1,72

19

Era Trans

1,65

20

BE&G

1,62

21

AIG Caspian

1,26

22

Thames İnsurance Group

1,11

23

Alfa Sığorta

0,73

24

Azərqarant

0,70

25

Əmrah Sığorta

0,38

26

Fidan Sığorta

0,33

27

Nişan Sığorta

0,05

28

Qala Sığorta

0,02

Lisenziyası ləğv olunmuş sığortaçılar

1

Abşeron

0,32

2

Azər-Asiya

0,11

Y E K U N

146,41

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR