Bank Of Baku

Azərbaycanın valyuta bazarında məzənnə sabitliyi müşahidə olunur

Azərbaycanın valyuta bazarında məzənnə sabitliyi müşahidə olunur
# 10 dekabr 2008 08:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (dekabrın 1-5-də) 11,417 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,9 dəfə azdır. «APA-Economics»in məlumatına görə, həftəlik dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8084 manatdan 0,8083 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,01% düşüb. Qeyd edək ki, hesabat dövründə rəsmi məzənnə 0,03%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,06%, nağd satış məzənnəsi isə 0,06% yüksəlib:




Göründüyü kimi, ötən həftə məzənnə sabitliyi müşahidə olunub. Bu, ümumilikdə valyuta bazarında sabitliyin hökm sürdüyünü göstərir ki, bu barədə həmçinin nisbətən kiçik ticarət həcmləri də təsdiqləyir. Məlum olduğu kimi, bazarda güclü həcm dəyişmələri bazarın qeyri-sabitliyinin nəticəsidir. Lakin hazırda bu müşahidə olunmur.
Ötən həftə birja bazarında avro ilə əqdlər üzrə fəallıq müşahidə olunub. Bu alət üzrə ticarət əməliyyatlarının ümumi həcmi 1 813 685 avro təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 2,6 dəfə çoxdur. Bununla belə, avronun rəsmi məzənnəsi həftə ərzində nəzərə çarpan dərəcədə yüksəlib:




Avronun məzənnəsinin ümumi həftəlik bahalaşması 0,5%-ə bərabər olub. Qeyd edək ki, məzənnənin artması dolların bahalaşması fonunda baş verib ki, bu da çox nadir hallarda müşahidə olunur. Hər iki valyutanın manata qarşı bahalaşması dünya bazarında məzənnə dəyişiklikləri ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR