Bank Of Baku

«Royal Bank of Baku» dekabrda «MasterCard» plastik kartlarının emissiyasına başlayacaq

«Royal Bank of Baku» dekabrda «MasterCard» plastik kartlarının emissiyasına başlayacaq
# 10 dekabr 2008 08:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sonunadək «MasterCard» beynəlxalq ödəniş sisteminin plastik kartlarının emissiyasına başlayacaq.
Bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, ilkin emissiya üçün «Azericard» Prosessinq Mərkəzinə 4 min kart sifariş verilib. Kartların dizaynı «AustriaCard» şirkətinin Bakı nümayəndəliyi tərəfindən hazırlanır və bu prosesin yaxın günlərdə başa çatacağı gözlənilir.
F.Həsənov bildirib ki, cari ilin sonuna kimi bankın aktiv plastik kartlarının sayı ilin əvvəli ilə müqayisədə 17,5 dəfə artaraq 21 minə çatdırılacaq. Hazırda bankın aktiv plastik kartlarının sayı 6 mindir.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 100,473 mln. manat, kredit portfeli 77,160 mln. manat, depozit portfeli 34,387 mln. manat, məcmu kapitalı 19,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib. Bankın respublika üzrə 29 filialı, 26 bankomatı və 79 POS-termialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR