Bank Of Baku

Azərbaycanda dollar üzrə nağdsız əməliyyatların yalnız 10%-i birjada keçirilib

Azərbaycanda dollar üzrə nağdsız əməliyyatların yalnız 10%-i birjada keçirilib
# 10 dekabr 2008 09:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın nağdsız valyuta bazarında 2008-ci ilin yanvar-oktyabr ayları ərzində ABŞ dolları üzrə aarılan əməliyyatların həcmi 21 971 316,3 min dollar təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu həcmin 71,6%-i bankdaxili mübadilə əməliyyatları (BDMƏ), 18,3%-i açıq banklararası valyuta bazarı, 10%-i isə birja elektron sisteminin (BEST) payına düşüb. Öz növbəsində, BDMƏ-də aparılan ticarətin 60%-ni alış, 40%-ni isə satış əməliyyatları təşkil edib.
Dollar üzrə əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. O cümlədən, BDMƏ üzrə artım 92%, açıq valyuta bazarı üzrə – 2,7 dəfə, BEST üzrə – 64,6% təşkil edib. Nəticədə, il ərzində nağdsız dollar üzrə valyuta bazarının strukturunda BDMƏ-nin payı 2,6 faiz bəndi azalıb, açıq banklararası valyuta bazarının payı 4,6 faiz bəndi artıb, BEST-in payı isə 2,1 faiz bəndi azalıb.
Qeyd edək ki, 2007-ci ilin ümumi valyuta bazarının strukturunda 73% BDMƏ-nin, 14,4% açıq bazarın, 12,6% isə BEST-in payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR