Bank Of Baku

«UniLeasing» şirkəti «İsuzu» avtomobillərinin lizinqi layihəsinə investisiyalarını 5 mln. dollara çatdırıb

«UniLeasing» şirkəti «İsuzu» avtomobillərinin lizinqi layihəsinə investisiyalarını 5 mln. dollara çatdırıb
# 10 dekabr 2008 09:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkəti «Yüngül tonnajlı «İsuzu» avtomobillərinin lizinqi Layihəsi» üzrə ümumi investisiyaların həcmini 5 mln. ABŞ dollarına çatdırıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu layihə çərçivəsində indiyədək 150-dən çox «İsuzu» yük avtomobili lizinqə verilib və bunların ümumi dəyəri 5 mln. dollar təşkil edir.
Qeyd edək ki, layihənin maliyyələşdirilməsi üçün şirkət 300 min manat həcmində vəsait cəlb edib. Şirkətdən bildirilib ki, layihənin nəticələrindən asılı olaraq bu vəsait artırıla bilər.
Xatırladaq ki, «Yüngül tonnajlı «İsuzu» avtomobillərinin lizinqi Layihəsi» Yaponiyanın «İsuzu» avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan «AzAuto» şirkəti və «UniLeasing» tərəfindən 2007-ci ilin birinci yarısından həyata keçirilir.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR