Bank Of Baku

Dünya Bankı dünya iqtisadiyyatının artım proqnozunu azaldıb

Dünya Bankı dünya iqtisadiyyatının artım proqnozunu azaldıb
# 10 dekabr 2008 10:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya Bankı (DB) cari ildə dünya üzrə ÜDM-nin artım tempinin 2,5% səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozdan 0,8 faiz bəndi azdır. «APA-Economics»in məlumatına görə, bu barədə DB-nın son icmalında bildirilir.
DB-nın proqnozlarına əsasən, 2009-cu ildə dünya üzrə ÜDM-nin artımı 0,9% təşkil edəcək. Eyni zamanda vurğulanır ki, gələn il inkişafda olan ölkələrdə ÜDM-nin artımı orta hesabla 4,5% təşkil edəcəyi halda, inkişaf etmiş ölkələrdə ÜDM-nin azalması müşahidə olunacaq. Yəni, dünya iqtisadiyyatının artımı inkişafda olan dövlət hesabına formalaşacaq.
Qeyd edək ki, müstəqil ekspertlər gələn il dünya iqtisadiyyatında «İnkişafda olan böyük dördlüyün» (Çin, Braziliya, Hindistan və Rusiya) rolunun kəskin artacağını proqnozlaşdırırlar. Ümumiyyətlə, hazırda yaşanan iqtisadi və maliyyə böhranları nəticəsində dünya iqtisadiyyatında aparıcı rolu tədricən inkişaf etmiş ölkələrdən inkişafda olan dövlətlərə keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR