Bank Of Baku

Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin payı 2%-ə düşüb

Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin payı 2%-ə düşüb
# 10 dekabr 2008 10:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2008-ci ilin noyabr ayının 1-nə 2,1% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata görə, bankların məcmu kredit portfeli 6 697,5 mln. manata, vaxtı keçmiş kreditlərin həcmi isə 142,6 mln. manata bərabər olub.
Ötən ilin noyabrın əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcminin 43% artmasına baxmayaraq, onun kredit portfelində xüsusi çəkisi 0,4 faiz bəndi azalıb. Cari ilin əvvəlində vaxtı keçmiş kreditlərin həcmi 42,2% artıb, lakin xüsusi çəkisi eyni səviyyədə (2,1%) qalıb.
Ümumilikdə, son illər ərzində vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisinin kəskin azalması və hazırda aşağı səviyyədə qalması müşahidə olunur. Belə ki, 2001-ci ildə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 27,6% təşkil etdiyi halda, 2004-cü ildə bu göstərici 11%-ə, 2006-cı ildə 3,3%-ə, 2008-ci ildə isə 2,1%-ə enib.
Bu proses banklar tərəfindən öz kredit siyasətlərində sərtləşdirməyə doğru atdıqları addımların nəticəsidir. Nəticədə, Azərbaycan bank sistemi üzrə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi azalaraq, hazırda dünya praktikasında normal hesab olunan 4-5%-lik səviyyədən də aşağı düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR