Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Noyabrda Azərbaycanda son üç ildə ilk dəfə deflyasiya qeydə alınıb

İqtisadi Tədqiqatlar Mərkəzi: Noyabrda Azərbaycanda son üç ildə ilk dəfə deflyasiya qeydə alınıb
# 10 dekabr 2008 12:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması Proqramı» üzrə Azərbaycanın 11 regionunda 2008-ci ilin noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.
İTM-dən «APA-Economics»ə verilən məlumata görə, statistik müşahidənin nəticələrinə əsasən, bu ilin noyabr ayı ərzində Azərbaycanda istehlak qiymətləri indeksində (İQİ) artım azalma ilə əvəz olunub. Belə ki, son 3 ildə ilk dəfə olaraq ötən ay ölkədə 1,88%-lik deflyasiya qeydə alınıb. Bakıda deflyasiya 1,53%, regionlarda isə 2,22% təşkil edib. Əmtəə qrupları üzrə ən yüksək deflyasiya səviyyəsi ərzaq məhsulları üzrə (3,07%) müşahidə olunub.
Tədqiqat aparılan dövr ərzində deflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə 0,63%, xidmətdə isə 0,28% təşkil edib. Azərbaycanda İQİ bu ilin 11 ayında 16,62%, bu ilin noyabr ayının ötən ilin noyabr ayı ilə müqayisəsində illik inflyasiya 20,48% qeydə alınıb. Aparılmış statistik müşahidə nəticəsində məlum olub ki, bu ilin noyabr ayında əvvəlki ayla müqayisədə ən çox ucuzlaşma ərzaq məhsulları üzrə buğda unu (25,60%), əla növ buğda çörəyi (9,25%), günəbaxan yağı (7,25%), şəkər tozu (6,41%), qeyri-ərzaq məhsulları üzrə isə minik avtomobillərinin qiymətində (2,16%) olub. Ən çox bahalaşma isə ərzaq məhsullarından badımcan (51,39%), şaftalı (43,32%), armud (32,86), yer xiyarı (30,67%) və üzümdə (18,73%) qeydə alınıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında əvvəlki aya nisbətən 3,5% inflyasiya qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR