Bank Of Baku

Koba Qvenitadze: «Dünya maliyyə böhranının Azərbaycana təsiri minimal olacaq»

Koba Qvenitadze: «Dünya maliyyə böhranının Azərbaycana təsiri minimal olacaq»
# 10 dekabr 2008 13:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Bakıda «Dünya maliyyə böhranı və onun Azərbaycana təsiri» mövzusunda keçirilən konfransda Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə nümayəndəsi Koba Qvenitadze bildirib.
K.Qvenitadzenin sözlərinə görə, bu təsirin minimallaşdırılması üç amillə bağlıdır. «Birincisi, Azərbaycanın maliyyə sistemi və bank sektorunun dünya maliyyə sisteminə inteqrasiyası aşağı səviyyədədir. İkincisi, neft gəlirlərini nəzərə alsaq, Azərbaycanın kifayət qədər strateji valyuta ehtiyatları mövcuddur. Üçüncü amil isə Azərbaycan Milli Bankının bank sektorunda yarana biləcək likvidlik problemlərinə qarşı bütün təsir mexanizmləri və instutusional imkanlarla bağlıdır», - deyə BVF təmsilçisi bildirib.
K.Qvenitadze Milli Bankın likvidlik problemlərinin həlli məqsədi ilə uçot dərəcəsini aşağı salması qərarlarını bu istiqamətdə atılmış mühüm addımlardan biri kimi qiymətləndirir.
Maliyyə böhranını doğuran səbəblər və nəticələr barədə danışan BVF nümayəndəsi onu da əlavə edib ki, böhranın nə zaman bitəcəyi məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR