Bank Of Baku

«Bank of Baku» ötən il aktivlərini 23% artırıb

«Bank of Baku» ötən il aktivlərini 23% artırıb
# 03 fevral 2009 09:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 183,886 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar 1-nə olan analoji göstəricidən 23,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 12,2% genişlənərək 141,607 mln. manata, kredit portfeli 20,3% artaraq 152,049 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 16,3% artaraq 98,631 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 40,7% artaraq 25,533 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 6,8 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 79,6% artaraq 41,073 mln. manata, xərcləri isə 57,2% artaraq 30,456 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 3,1 dəfə artaraq 10,642 mln. manat, xalis mənfəəti isə 3,2 dəfə artaraq 8,353 mln. manat təşkil edib.
Bu müddət ərzində bankın ümumi vergi ödənişlərinin həcmi 2,6 dəfə artaraq 2,289 mln. manat olub. Həmçinin, ötən il bank tərəfindən əlavə 11 POS-terminal quraşdırılıb, işçilərin sayı isə 7,9% artaraq 452 nəfərə çatıb.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Hazırda bankın respublika üzrə 15 filialı, 18 bankomatı və 240 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR