Bank Of Baku

Yaxın iki ayda Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclası keçiriləcək

Yaxın iki ayda Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 03 fevral 2009 09:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın iki ay ərzində Minskdə (Belarus) Azərbaycan-Belarus iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib.
Səfirin sözlərinə görə, hazırda iclasın keçirilmə vaxtı dəqiqləşdirilir: «Çox güman ki, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası bu ilin mart ayının sonunda – aprel ayının əvvəlində keçiriləcək».
N.Patskeviç onu da qeyd edib ki, bu günədək Azərbaycanla Belarus arasında 50 hökumətlərarası müqavilə imzalanıb və bu sənədlər iki ölkə arasında əlaqələri daha da yaxşılaşdıracaq.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 110 mln. ABŞ dolları təşkil edib. Gələcəkdə isə bu göstəricinin 500 mln. dollara çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR