Eyni zamanda, hesabat ili ərzində isə ROE əmsalı daha yüksək olub:
Göründüyü kimi, son rübdə ROE əmsalı kəskin düşüb. Eyni zamanda, aktivlərin gəlirliyi əmsalı olan ROA da ilin sonuncu rübündə 2,8%-dən 2,2%-ə enib. Bunun əsas səbəbi həmin dövr ərzində bankların mənfəətinin artım tempinin azalması olub. Belə ki, bankların aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalarından sonra mənfəəti I rübdə 56,62 mln. manat, II rübdə 68,32 mln. manat, III rübdə 80,49 mln. manat, IV rübdə isə cəmi 40,7 mln. artıb. Digər tərəfdən aktivlərin və kapitalın artım templəri də azalıb, lakin azalma tempi mənfəətin eyni göstəricisindən daha aşağıdır. Öz növbəsində mənfəətin azalması bir sıra səbəblərə, o cümlədən bankların xarici öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə gəlir gətirən aktiv əməliyyatlarının məhdudlaşdırılması amili ilə əlaqəlidir.
Ümumilikdə isə, Azərbaycan bankları üzrə ROE əmsalı düşdüyü halda da dünya praktikasında, o cümlədən Rusiya, Qazaxıstan, Gürcüstan kimi ölkələrin bank sistemlərində müşahidə olunan eyni göstəricilərlə müqayisədə məqbul səviyyədədir.