Bank Of Baku

Azərbaycan manatının dollara qarşı birja məzənnəsi yanvarda 0,55% düşüb

Azərbaycan manatının dollara qarşı birja məzənnəsi yanvarda 0,55% düşüb
# 03 fevral 2009 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,55% düşüb.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ABŞ dollarının məzənnəsi 0,8013 AZN-dən 0,8057 AZN-dək artıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi yanvar ayında 0,8037 AZN-ə bərabər olub. Halbuki, ötən ilin dekabrında bu göstərici 0,8028 AZN/USD təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar ayında BBVB-nin valyuta bölməsində keçirilən 38 ticarət sessiyasında 17 bankın iştirakı ilə 26,194 mln. manat və ya 32,592 mln. dollar həcmində 36 alqı-satqı əqdi qeydə alınıb. Bu isə ötən ilin dekabr ayı ilə müqayisədə 5,5 dəfə azdır. Elektron sistemində qeydə alınan hər əqdin orta həcmi 0,905 mln. təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR