Bank Of Baku

Azərbaycanın birja valyuta bazarında əməliyyatların həcmi yanvarda 5,5 dəfə azalıb

Azərbaycanın birja valyuta bazarında əməliyyatların həcmi yanvarda 5,5 dəfə azalıb
# 03 fevral 2009 11:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 38 ticarət sessiyasında 36 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 17 bank təşkilatı iştirak edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 26,194 mln. manat və ya dollar ekvivalentində 32,592 mln. təşkil edib. Bu isə ötən ilin dekabr ayı ilə müqayisədə 5,5 dəfə azdır. Eyni zamanda, elektron sistemində qeydə alınan hər əqdin orta həcmi yanvar ayında 0,905 mln. dollar təşkil edib.
Eyni zamanda yanvar ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «UniBank» (30,93%), «Azərbaycan Sənaye Bankı» (25,68%), «Bank Standard» (12,00%), «Bank Nikoil» (10,74%) və «Muğanbank» (3,07%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR