Bank Of Baku

Azərbaycanda bankların likvid aktivləri əmanətlərin həcmini 17% üstələyir

Azərbaycanda bankların likvid aktivləri əmanətlərin həcmini 17% üstələyir
# 03 fevral 2009 11:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların xalis likvid aktivlərin depozitlərin ümumi həcminə nisbəti 2009-cu ilin yanvarın 1-nə 55% təşkil edib ki, bu da həmin göstəricinin ötən il ərzində kəskin artması deməkdir.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, xalis likvid aktivlərin ümumi depozitlərə nisbəti ötən ilin əvvəlində 39% təşkil edib, yəni il ərzində bu nisbət 16 faiz bəndi və ya 41% artıb.
Beləliklə, yanvarın 1-nə bankların ümumi depozitlərinin həcmi 4,055 mlrd. manat təşkil etdiyi halda, likvid aktivlərin həcmi 2,230 mlrd. manata bərabər olub. Eyni zamanda, cari ilin əvvəlinə aktivlərin ümumi həcmi 10,274 mlrd. manat təşkil edib və bunun 21,7%-i xalis likvid aktivlərin payına düşür.
Bank sistemindəki digər vacib göstəricilərdən olan əhalinin əmanətlərinin həcmi yanvarın 1-nə 1,904 mlrd. manat təşkil edib. Beləliklə, bankların xalis likvid aktivləri əhalinin əmanətlərindən 326 mln. manat və ya 17,1% artıqdır. Bu nisbət bankların ilk növbəli öhdəlikləri hesab olunan əhalinin əmanətlərinin qaytarma qabiliyyətini əks etdirir. Xalis likvid aktivlərin qısa bir müddətdə pula çevrilə bilən və ya artıq pulla ifadə olunan hissəsinin əmanətlərə bərabər olması, hətta onları üstələməsi Azərbaycan bank sistemi üçün müsbət amil kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR