Bank Of Baku

«YapıKredi İnvest»in broker və diler lisenziyaları bərpa olunub

«YapıKredi İnvest»in broker və diler lisenziyaları bərpa olunub
# 03 fevral 2009 13:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «YapıKredi İnvest» Məhdud Məsuliyyətli Cəmiyyətinin broker və diler lisenziyalarını bərpa edib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycanda bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 5.3 bəndinə müvafiq olaraq, QKDK sədrinin əmrinə əsasən, «YapıKredi İnvest» MMC-nin broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıqları (lisenziyaları) bərpa edilib.
Qeyd edək ki, «YapıKredi İnvest» MMC-nin broker və diler fəaliyyəti ötən ilin noyabr ayının 1-da QKDK tərəfindən dayandırılıb. Buna səbəb şirkətin üç işçisindən birinin ixtisas şəhadətnaməsinin müddətinin vaxtının bitməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR