Bank Of Baku

Dünya maliyyə böhranı Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin artırılmasını ləngidəcək - YENİLƏNİB

Dünya maliyyə böhranı Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin artırılmasını ləngidəcək - <font color=red>YENİLƏNİB </font>
# 03 fevral 2009 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyada müşahidə olan maliyyə böhranı Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin yaxın vaxtlarda 500 mln. ABŞ dollarına çatdırılması prosesini ləngidəcək. Bu barədə «APA-Economics»ə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib.
Səfirin sözlərinə görə, ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 110 mln. dollar təşkil edib ki, 2006-2007-ci illərlə müqayisədə bu göstərici üç dəfə artıb.
«Ötən il ərzində Belarusdan Azərbaycana idxal olunan məhsulların həcmi 2007-ci illə müqayisədə 22%, Azərbaycandan Belarusa idxal olunan məhsulların həcmi isə 90% artıb», - deyə N.Patskeviç bildirib.
Səfir həmçinin qeyd edib ki, 2009-cu il ərzində Belarusdan Azərbaycana idxal olan məhsullarının həcmi 15%, Azərbaycandan Belarusa idxal olunan məhsulların həcmi isə 1,5 dəfə artacağı proqnozlaşdırır: «Buna baxmayaraq, maliyyə böhranı öz sözünü deyəcək. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsinin 500 mln. dollara çatdırılması bir qədər ləngiyəcək».
N.Patskeviçin sözlərinə görə, Azərbaycandan Belarusa əsasən tər tərəvəz, sitrus meyvələri, xurma və digər qida məhsulları ixrac olunur. Belarusdan isə Azərbaycana əsasən texnika, mebel, məişət avadanlıqları, konservlər və digər məhsullar gətirilir.
Səfir həmçinin qeyd edib ki, Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının aparıldığı məhsulların çeşidi genişləndirilməlidir. N.Patskeviçin sözlərinə görə, iki ölkə əməkdaşlığa başladığı zaman malların çeşidi 150 adda olub ki, hazırda çeşid 233 adda məhsuldan ibarətdir, bunun da 70-i yeni məhsullardır: «İki ölkənin ticarət dövriyyəsinin 500 mln. ABŞ dollarına çatdırılması üçün Azərbaycan və Belarus malların çeşidini daha 100 adda məhsulla genişləndirilməlidir və ümumiyyətlə 400-ə çatdırmalıdır. Fikrimcə, cari il ərzində malların çeşidi daha 30-40 yeni adla genişləndiriləcək. Buna hər iki ölkənin imkanı çatır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR