Bank Of Baku

«Bank of Baku»nun işçilərinin tibbi sığortasını «Paşa Sığorta» şirkəti həyata keçirəcək

«Bank of Baku»nun işçilərinin tibbi sığortasını «Paşa Sığorta» şirkəti həyata keçirəcək
# 03 fevral 2009 13:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti «Bank of Baku» Səhmdar Kommersiya Bankı tərəfindən bank işçilərinin tibbi sığortası üzrə keçirilən korporativ müsabiqənin qalibi elan olub.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, tibbi sığorta müqaviləsi «Bank of Baku» ASC-nin İdarə Heyətinin sədri Cəlal Qasımov və «Paşa Sığorta» şirkətinin baş direktoru Nofəl Rzayev arasında imzalanıb. Bağlanmış tibbi sığorta müqaviləsi bank və inzibati heyət daxil olmaqla, bankın Bakı və ölkənin digər şəhərlərində yerləşən filiallarının heyətini əhatə edir.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 8,44 mln. manat, ödənişləri isə 0,94 mln. manat olub. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat təşkil edir. Hazırda şirkət 4 icbari və 25 könüllü sığorta növü üzrə xidmət göstərir.
«Bank of Baku» SKB isə 1994-cü ildən fəaliyyət göstərir. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 183,886 mln. manat, kredit portfeli 152,049 mln. manat, depozit portfeli 141,607 mln. manat, məcmu kapitalı 25,533 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib. Bankın respublika üzrə 15 filialı, 18 bankomatı və 240 POS-terminalı var, işçilərin ümumi sayı isə 452 nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR