Bank Of Baku

Azərbaycan banklarının faiz spredi son bir ildə 1,2 faiz bəndi artıb

Azərbaycan banklarının faiz spredi son bir ildə 1,2 faiz bəndi artıb
# 03 fevral 2009 13:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların faiz spredi 2009-cu ilin yanvar ayının 1-nə 6,6% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən il ərzində bank sisteminin bu göstərici 1,2 faiz bəndi artıb. Qeyd edək ki, faiz spredi faiz gəlirlərinin gəlirli aktivlərə nisbəti ilə faiz xərclərinin faizli öhdəliklərə nisbəti arasındakı fərq kimi hesablanır.
Bu əmsalın artması faiz gəlirləri və ya faizli öhdəliklərin artmasını, və yaxud faiz xərclərinin və ya gəlir gətirən aktivlərin azalmasını əks etdirir. Ümumilikdə, son illər bank sisteminin bu nisbi əmsalı üzrə dəyişkənlik müşahidə olunub:




Cari ilin yanvarın 1-nə faiz spredinin hesablanmasında iştirak edən göstəricilərə nəzər salsaq, görərik ki, faiz gəlirləri il ərzində 78% artaraq 975,2 mln. manata, faiz xərcləri 86% artaraq 442,5 mln. manata, gəlir gətirən aktivlərin həcmi 56% artaraq təxminən 8,03 mlrd. manata, faizli öhdəliklərin həcmi isə 52% artaraq təxminən 8,57 mlrd. manata çatıb. Beləliklə, faiz spredinin hesablamasında iştirak edən həcm göstəricilərinin artım tempi təxminən eynidir, bu da bank sisteminin faiz siyasətinin nisbətən sabit olduğunu əks etdirir. Eyni zamanda, spredin 2008-ci ildə yüksəlməsi ilk növbədə gəlir gətirən aktivlərin artım tempinin faizli öhdəliklərin artım tempindən daha yüksək olması ilə izah oluna bilər. Ümumilikdə, bu göstəricinin kəskin dəyişməsi bank sistemi üçün müsbət hal kimi qiymətləndirilə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR