Bank Of Baku

Azərbaycanda plastik kartların emissiya tempində mənfi dinamika müşahidə olunur

Azərbaycanda plastik kartların emissiya tempində mənfi dinamika müşahidə olunur
# 03 fevral 2009 14:37 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən buraxılan plastik kartların ümumi sayı 2009-cu ilin yanvarın 1-nə 3,626 mln. ədəd təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankının Statistika və tədqiqatlar Departamentindən məlumat verilib.
Ötən il ərzində emissiya olunan kartların sayı 839 min və yaxud 30,1% artıb. Bununla belə, 2007-ci ildə banklar tərəfindən buraxılan plastik kartların sayı 1,245 mln. ədəd artıb. Yəni, ödəniş kartlarının buraxılış tempində əvvəlki ilin trendi ilə müqayisədə 2008-ci ildə 50 faiz bəndindən çox mənfi dinamika müşahidə olunub.
Bununla belə, 2008-ci ildə ölkə daxilində bankomatlar və POS-terminallar vasitəsi ilə debet və kredit kartları ilə 40 111 min əməliyyat aparılıb. Bu göstərici 2007-ci ilin müvafiq rəqəmi ilə müqayisədə 3,86 dəfə artıb. Eyni zamanda, ötən il debet kartlarla əməliyyatların həcmi Milli Bank tərəfindən 3,801 mlrd. manat səviyyəsində açıqlanır, bu da əvvəlki il ilə müqayisədə 67,08% çoxdur. Öz növbəsində, kredit plastik kartları ilə aparılan əməliyyatların illik həcmi 44,21% artıb və cəmi 473 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR