Bank Of Baku

Azərbaycanın daha bir sığorta şirkəti ASC-yə çevrilib

Azərbaycanın daha bir sığorta şirkəti ASC-yə çevrilib
# 03 fevral 2009 14:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» Qapalı Səhmdar Cəmiyyəti (QSC) hüquqi statusunu dəyişərək Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Şirkətin İdarə Heyətinin maliyyə məsəlləri üzrə sədr müavini Rəşid Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, şirkətin hüquqi statusunun dəyişməsi «Sığorta fəaliyyəti haqqında» qanunun tələblərinə uyğun olaraq həyata keçirilib.
Xatırladaq ki, «Sığorta fəaliyyəti haqqında» qanuna əsasən, ölkədəki bütün sığorta təşkilatları ASC formasında fəaliyyət göstərməlidir. Bununla bağlı şirkətlərə 2009-cu ilin mart ayının 31-dək vaxt verilib. Həmin müddət bitdikdən sonra ASC-yə çevrilməyən sığorta şirkətlərinin lisenziyaları məhdudlaşdırılacaq və onlara əlavə 6 ay vaxt veriləcək. Əlavə müddət ərzində də bu öhdəlik yerinə yetirməzsə, şirkətin lisenziyası tamamilə ləğv ediləcək.
Qeyd edək ki, ölkədəki sığorta şirkətlərinin yalnız 4-ü («Paşa Sığorta», «MBASK», Beynəlxalq Sığorta Şirkəti və «AİG Caspian») QSC və MMC statusu ilə fəaliyyət göstərir.
Hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir ki, bunların ötən il ərzində topladığı məcmu sığorta haqlarının həcmi 179,26 mln. manat, ödənişləri isə 49,81 mln. manat olub.
Təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Şirkətin ötən il ərzində topladığı sığorta daxilolmalarının həcmi 7,766 mln. manat, ödənişləri isə 3,33 mln. manat təşkil edib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat olub. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR