Bank Of Baku

«United Credit Bank» nizamnamə kapitalını 80% artıracaq

«United Credit Bank» nizamnamə kapitalını 80% artıracaq
# 04 fevral 2009 06:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu il ərzində nizamnamə kapitalını 78% artıraraq 22,8 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, nizamnamə kapitalının artırılması üçün əlavə 10 mln. manat həcmində emissiyanın həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, nizamnamə kapitalı bankın mövcud səhmdarları hesabına artırılacaq.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 32,351 mln. manat, kredit portfeli 21,049 mln. manat, depozit portfeli 7,442 mln. manat, məcmu kapitalı 13,506 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bakın respublika üzrə 5 filialı və 5 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR